Facebook-un ilk internet peykini daşıyacaq platformada partlayış olub

02-09-2016 / 10:21

ABŞ-ın Florida ştatında yerləşən SpaceX uçuş platformasında partlayış baş verib.

Şahidlər ard-arda bir neçə partlayış səsinin eşidildiyini deyirlər. Hadisənin kosmodromun ətrafında yaşayan əhaliyə təhlükə törətmədiyi bildirilir.

NASA-nın məlumatına əsasən, insident kosmodromda pilotsuz raketin sınaqları keçirilən zaman baş verib. Sınaqlar Kanaveral burnunda yerləşən kosmodromdan sentyabrın 3-nə planlaşdırılan uçuşa hazırlıq məqsədi daşıyırmış. Raket Facebook sosial şəbəkəsinin ilk peykini və İsrailin rabitə peykini fəzaya çıxarmalı idi.

Xatırladaq ki, kosmodromda son ciddi qəza 2015-ci il iyunun 28-də baş verib. Həmin vaxt Beynəlxalq Kosmik Stansiyaya uçması planlaşdırılan Dragon yük gəmisi Falcon 9 daşıyıcı-raketi ilə birgə partlamışdı. Falcon 9 daşıyıcı-raketi və dünyada yeganə çoxistifadəli Dragon yük gəmisi ABŞ-ın SpaceX kompaniyası tərəfindən hazırlanıb.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə