Facebook Windows 10-da istifadəyə veriləcək

07-10-2015 / 11:28

Microsoft New Yorkda təşkil etdiyi mətbuat konfransında bir neçə əhəmiyyətli texnoloji avadanlıqlarla yanaşı, maraqlı fikirlər də paylaşılıb.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, bunlardan biri də Mark Zuckerbergin tədbirdəki çıxışı olub. Belə ki, tədbir əsnasında Zuckerberg Facebook-un Windows 10-u tam dəstəklədiyini  bildirib. Mark  Facebook, Facebook Messenger-in və Instagram tətbiqlərinin universal Windows tətbiqi olaraq hazırlanması istiqamətində işlərin davam etdiyini tədbir iştirakçıları ilə paylaşıb.

Yaxın zamanda Facebook-un rəsmi tətbiqinin Windows 10 mağazasında istifadəyə verilməsi gözlənilir.

Messenger tətbiqinin də Windows 10 ilə birlikdə istifadə olunması Facebook Messengerin istifadəsini artıra bilər.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə