Facebook yeni proqramlarını istifadəyə verdi

26-03-2015 / 13:36

Sosial media nəhəngi Facebook, iOS və Android platformaları üçün yeni proqramlarını təqdim edib. 


F8 Developer tədbirində Facebook yeni xəbərlərinin yanında Facebook Messenger və iş həyatına uyğun yeni proqramlarını da təqdim edib. Facebook Messenger üçün tanıdılan tam 4 fərqli proqram və iş mərkəzli Facebook at Work proqramı fəaliyyət sonrasında iOS və Android platformlarındakı yerini aldı.


Facebook Messenger mərkəzli proqramlar: Strobe for Messenger, Sound Clips for Messenger, Shout for MessengerSelfied for Messenger olaraq sıralanır.

Yaxşı, bu proqramlar nə üçündür?

Strobe for Messenger proqramı ilə əyləncəli fotoşəkil effektləri ilə hazırladığınız "gif" formatli şəkilləri messenger üzərindən dostlarınızla paylaşa bilərsiniz.

Sound Clips for Messenger proqramı ilə yüklü olaraq gələn əyləncəli səs effektlərini Facebook Messenger üzərindən göndərə bilərsiniz.

Shout for Messenger proqramı quruluşu etibarilə Snapchat-a bənzəyir. Bu proqram ilə şəkillərinizin üzərinə yazı yazıb dostlarınızla paylaşa bilərsiniz.

Selfied for Messenger tətbiqi adından da məlumdur ki, yalnız selfie çəkmək üçün və selfie-lərinizi təyin etdiyiniz dostlarınızla paylaşmanıza yarayır. Proqramda yüklənmiş olaraq vəziyyətinizi müəyyən edən formalarda yer alır. Xoşbəxt, kədərli və hirsli kimi formalarda xüsusi selfie-lərinizi çəkib saxlaya bilərsiniz.


İş mərkəzli Facebook at Work proqramını iş adamları üçün yaradılan Facebook hesab sahibləri istifadə edə bilər. Bu proqram ilə Facebookdakı iş yoldaşlarınızın paylaşımlarını ön planda görə bilər, qruplar yarada və mesajlaşa bilərsiniz.

Facebookun yeni proqramlarını pulsuz olaraq App StorePlay Store-dan yükləyə bilərsiniz.

                                                                                      Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.