Facebook yeni xidmət təqdim edir

02-04-2019 / 11:09

"Facebook" 2014-cü ildə başlatdığı " sən niyə bu reklamı görürsən" tətbiqindən sonra "sən niyə bu paylaşımı görürsən" (Why you're seeing this post) xidmətini tətbiq edir.

Xeberler.az  bildirir ki, yeni xidmət vasitəsi ilə istifadəçilər xəbər panelində yenilənən paylaşımlar barədə daha ətraflı məlumat əldə edəcəklər. Belə ki, paylaşımın üzərində açılan menyuda aidiyyatı hesabla nə qədər əlaqədə olduğunu, paylaşım edən səhifə və ya qrupun məşhurluq səviyyəsini görmək mümkün olacaq. 

Qeyd edək ki, "Facebook" xəbər panelindəki paylaşımların yayımlanma səbərləri ilə bağlı məlumat verə bilmirdi. Bunun nəticəsi kimi Yeni Zenlandiyada məsciddə törədilən terror aktı "Facebook Live"lə canlı yayımlanmış və surətlə yayılmışdı.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.