Facebook yeni xidmətini təqdim etdi

17-12-2015 / 14:52

Facebook-un yeni xidməti olduğunuz ərazidəki bəzi peşə sahiblərini daha asan tapmağınıza kömək edəcək.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə,  Facebook yaxınlığınızdakı elektrikçi,  psixoloqları tapmanıza kömək edən yeni proqram Services-i təqdim edib.

Ən yaxşı xidmətlər adı ilə təqdim olunan proqramda bir çox sektora aid şirkətlər yer alır.

Məsələn, “Kompüter xidmətləri” hissəsinə daxil olduqda  elm sektorundan internet kafelərə kimi siyahı ilə qarşılaşacaqsınız.  Həmçinin "xəritə" bölməsindən sizə daha yaxın olan məkanları seçə bilərsiniz. 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə