Facebookda bilməniz lazım olan 10 təhlükəsizlik nizamı

09-02-2011 / 15:54

Təxminən 600 milyon üzvə sahib olan Facebookda gizlilik çox böyük əhəmiyyət daşıyır.

Facebook-da Paylaşma

Hesab/Məxfilik Tənzimləmələri/Facebook-da Paylaşma

Təməl nizamlarınıza (default) daxil olduğunuzda, əgər gizliliyə əhəmiyyət verirsinizsə, onda əsla görünməyinizi "Hamı" olaraq işarələməyin. Hətta burada edəcəyiniz ən yaxşı nizam, fərdiləşdirmək olacaq. Bunu da "Ayarları fərdiləşdirin"i seçərək edə bilərsiniz. Dərhal səhifənin aşağısında yerləşən "Ayarları fərdiləşdirin" seçməklə, bu hissədən nizamlarınızı ayrı-ayrılıqda fərdiləşdirə bilərsiniz. Bundan əlavə, olduğunuz hazırki səhifədə, "Profilimin Öngörüntüsü" variantını seçməklə, kənar şəxslərin profilinizi necə görəcəyinə baxa bilərsiniz.

Əgər xüsusi şəxslərə limitli profil seçimi təyin etmisinizsə onda səhifənin üzərində yerləşən "qutu"ya istədiyiniz dostunuzun adını yazaraq, həmin adamın sizin profilinizi necə görəcəyinə öncədən baxa bilərsiniz.

Albom Gizliliyini Təşkil et

Hesab/Məxfilik Tənzimləmələri/Facebook-da Paylaşma/Ayarları fərdiləşdirin

Ayarları fərdiləşdirin seçdikdə, "Paylaşdıqlarım" başlığı altında, "Mövcud şəkillər üçün albom məxfiliyini dəyişin" hissəsini görəcəksiniz. Buradan, hansı fotoşəkil albomuna, kimlərin baxmasına icazə verməyinizi təyin edə bilərsiniz.

Bu hissəni mütləq nizamlamalısınız, əks halda, sizin hər hansı bir şəklinizə dostunuz şərh yazdığında, onda dostunuzun dostları da, şərhə baxmaq üçün albomunuzda "gəzməyə" başlaya bilər.

Dost Etiketləri

Hesab/Məxfilik Tənzimləmələri/Facebookda paylaşma/Ayarları fərdiləşdirin/Dostlarım məni Məkanlar'da qeyd edə bilərlər

Əgər dostlarınızın sizin yerinizi bildirməsini istəmirsinizsə, onda mütləq bu nizama düzəliş etməlisiniz. "Ayarları fərdiləşdirin" hissəsində, "Dostlarım məni Məkanlar'da qeyd edə bilərlər" qarşısında yerləşən "Ayarlara düzəliş" variantını seçin və açılan pəncərədə, sağ üst küncdə yerləşən nizamı "Disabled" (yəni bağlı) hala gətirin.

Facebook-da Əlaqə Qurma

Hesab/Məxfilik Tənzimləmələri/`Facebook`da Əlaqə

Bu hissədə, axtarış nəticələrinə necə çıxdığınız və buradan, profilinizə baxanların qarşılaşacağı məzmunların nizamları var. Məsələn dost siyahınızı hər kəsdən gizlədə bilərsiniz və ya sizə kimlərin mesaj göndərə biləcəyini də bu hissədən nizamlaya bilərsiniz.

Əgər tanımadığınız şəxslər tərəfindən tez-tez dost siyahısına əlavə olunmaqdan bezmisinizsə onda, axtarışlarda görünməyinizi məhdudlaşdırmaqla, bu problemi asanca həll edə bilərsiniz

Proqramlar, Oyunlar və İnternet Saytları

Hesab/Məxfilik Tənzimləmələri/Tətbiq və Vebsaytlar
İstifadə etdiyiniz tətbiqləri buradan idarə edə bilərsiniz. "Ayarlarınızı dəyişin" tıklayaraq, seçdiyiniz tətbiqin məxfilik məlumatlarına müraciət edə bilər və tətbiq sayəsində, istehsalçının sizin hansı məlumatlarınızı əldə etdiyini görə bilərsiniz.

Əgər şəxsi məlumalarınızın ələ keçirilməsindən ehtiyat edirsinizsə onda bütün tədbiqləri silmənizi tövsiyyə edirik.

Dostlarınız tərəfindən icazəli məlumatlar

Hesab/Məxfilik Tənzimləmələri/Tətbiq və Vebsaytlar/Dostlarınız tərəfindən icazəli məlumatlar

Bu xüsusiyyət sayəsində, dostlarınızın profilindən tapıldığınız təqdirdə, hansı məlumatlarınızın göstəriləcəyini təyin edə bilərsiniz. İstədiyiniz variantları ləğv edib, profilinizin görünən qisimlərini məhdudlaşdıra bilərsiniz.

İctimai axtarış

Hesab/Məxfilik Tənzimləmələri/Tətbiq və Vebsaytlar/İctimai axtarış

Əgər Google və buna bənzər digər axtarış mühərrikinə adınız yazıldığında, profilinizin axtarış nəticələrində iştirak etməsini istəmirsinizsə, onda "İctimai axtarışa icazə ver" variantının qarşısından qeyd işarəsini qaldırmalısınız.

Dost Siyahısı Yarat

Hesab/Dostlara Düzəliş Et/Dost Siyahısı Yarat

Əgər uzun bir dost siyahınız varsa, bunları qruplara ayırmaqla müxtəlif qruplar üçün müxtəlif məxfilik nizamları təyin edə bilərsiniz.

Hesab Təhlükəsizliyi

Hesab/Hesab Tənzimləmələri/Hesab təhlükəsizliyi/Secure Browsing (https)

Əgər xakerlər tərəfindən hesabınız "dağıdılarsa", onda yuxarıda etdiyiniz heç bir nizam işə yaramayacaq. Bunun üçün, https variantını seçərək, məlumatlarınızı şifrələyə bilərsiniz. Beləliklə, bununla üçüncü şəxslər tərəfindən məlumatlarınızın ələ keçərilmə riski tamamilə aradan qalxar. Ancaq bu xüsusiyyətin standart olaraq gəlməməsinin əlbəttə bəzi səbəbləri var.

Secure Browsing (https) variantını aktiv etsəniz, Facebookunuzun çalışma sürəti yavaşlayar. Bundan əlavə bəzi məzmunlarınız da düzgün çalışmaya bilər. Lakin bunlara baxmayaraq məlumatlarınız tam təhlükəsiz halda saxlanılar.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə