Facebookda çox danışmaq qadağan olundu!

28-11-2008 / 20:12

  Ödənişsiz bir xidmət olan Facebookun əsas məqsədi, istifadəçilərin yoldaşları ilə sərbəst ünsiyyət qura biləcəkləri sosial bir şəbəkə meydana gətirmək.Lakin hər ödənişsiz xidmətdə olduğu kimi Facebookda da bəzi məhdudlaşdırmalar var. Bu məhdudiyyətlərdən ən önəmlisi göndəriləcək mesaj saylarıdır.

  Facebook, sizin nə qədər mesaj göndərdiyinizi öyrənmək üçün xususi bir proqramdan istifadə edir.Bu proqram vasitəsilə reklam məqsədilə göndərilən mesajlara məhdudiyyətlər qoyulur.

  Amma elə bütün problemlər də bundan sonra yaranır.Sistem avtomatik işlədiyindən bəzən səhvlərə yol verilir.Əgər bir səhər Facebooka girib yoldaşlarınıza mesaj atmaq istəsəniz, bu sizin ogünkü ilk mesajınız belə olsa, mesaj limitini aşdığınıza dair bir xəbərdarlıq ala bilərsiniz.


  Hal-hazırda bu problem yalnız İnternet Explorer istifadəçilərinin qarşısına çıxsa da Facebook bu məsələ ilə əlaqədar hələ də rəsmi bir açıqlama verməyib.

 

 

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə