Facebookda yayılmış yeni virusun silinmə qaydası

28-03-2011 / 09:37

Facebookda daha bir yeni virus yayılıb. Belə ki, virus istəyinizdən asılı olmayaraq Facebook dostlarınıza aşağıdakı məzmunda mesajlar göndərə bilər.  : "Did you see how will u look like in 20 years from now? lol : bit.ly/dUzKS7"

Öncədən bütün istifadəçilərə bu məzmunda göndərilən mesajların tərkibində olan saytların (URL linklərin) üzərinə tıklamamağı tövsiyyə edirik. Əgər göndərilmiş linkin üzərinə tıklasanız onda avtomatik olaraq yeni spam səhifəsinə yönləndiriləcəksiniz ki, bu da sonda sizin kompüterinizin də həmin virusa yoluxmasına səbəb olacaq. Əgər səhvən həmin linkin üzərinə tıklamasınızsa onda dərhal Facebook hesabınızı tərk edin (Logout) və istifadə etdiyiniz brauzerin tarixini (History) tamamilə silin. Bundan əlavə bu dəfə sizə istifadəçilərin kütləvi narazıçılığına səbəb olan həmin virusun silinmə qaydasını da təqdim edirik. Virusun silinməsindən ötrü ilk öncə kompüterinizə MalwareBytes adlı proqramı yükləyin. Daha sonra bu proqram sayəsində kompüterinizi yoxlayın (scan edin). Və sonda "scan" əməliyyatı başa çatdıqdan sonra kompüterinizdə olan həmin virus avtomatik silinəcək. Proqramı buradan yükləyə bilərsiniz. P.S: Virusun daha geniş yayılmasının qarşısını almaqdan ötrü bu xəbəri Facebookda dostlarınızla paylaşmanız tövsiyyə olunur.

Mənbə: Fakto.info


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.