“Facebook”un mobil istifadəçilərinin sayı 1,25 milyarda çatıb

23-04-2015 / 15:29

“Facebook”un xərclərinin artımı сari ilin birinci rübündə dünyanın ən böyük sosial şəbəkəsinin gəlirinə mənfi təsir göstərib.

Xəbərlər-in məlumatına görə, martın 31-də  bağlanmış üçaylıq hesabat dövrünün nəticəsinə görə, “Facebook”un xalis mənfəəti 509 milyon dollar təşkil edib. Bir il əvvəl bu göstərici 639 milyon dollar olub.

“Facebook”un gəlirinin azalmasının əsas səbəbi əməliyyat xərclərinin artmasıdır. Tədqiqat və işləmələrə yatırılan investisiyalar 133 faiz, marketinq və satışların təşkilinə xərclər isə 2 dəfə yüksəlib.
“Facebook” heyətin sayının artımına, planetin bütün sakinlərini internetə qoşmaq üçün “Internet.org” layihəsinə, virtual reallıq texnologiyalarının hazırlanmasına və şirkətlərin satın alınmasına aktiv sərmayə yatırıb. 2014-cü ildə Mark Zukerberqin şirkəti “WhatsApp” messencerini 21 milyard dollara satın alıb.

Hazırda “Facebook” yalnız auditoriyası 1 milyardı ötən sosial şəbəkə deyil, artıq “WhatsApp” (800 milyon aktiv istifadəçi), “Facebook Messenger” (600 milyon) və “Instagram”ın (300 milyon) yer aldığı mobil tətbiqlər silsiləsidir.

Böyük miqyaslı biznes və reklam sayəsində 2015-ci ilin birinci rübündə “Facebook”un mədaxili 41 faiz yüksələrək 3,54 milyard dollar təşkil edib.

2015-ci ilin yanvar-martında “Facebook”un gündəlik aktiv auditoriyası illik hesablama üzrə 17 faiz yüksələrək 936 milyon istifadəçi təşkil edib. “Facebook”dan ayda ən azı bir dəfə istifadə edənlərin sayı 1,44 milyarddır. 31 mart 2015-ci il tarixinə olan məlumata əsasən, “Facebook”un mobil istifadəçilərinin aylıq auditoriyası 1,25 milyarda çatıb.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.