Facebookun yaradıcısı Mark Zukerberq sosial şəbəkə haqda nə dedi?

24-09-2010 / 16:07

Facebook portalının təsisçisi Mark Zukerberq TechCrunch nəşrinə müsahibəsində onun sosial şəbəkəsinin smartfon istehsal etmək və Android, eləcə də iOS mobil əməliyyat sistemləri ilə rəqabət aparmaq niyyətinin olmadığını bildirib.

Bunun əvəzinə Facebook servislərin və sosial şəbəkənin müxtəlif imkanlarının mövcud mobil platformalarla daha sıx inteqrasiyasını təmin etməyi planlaşdırır.

Bununla belə Facebook-un öz brendi altında telefon istehsal etməsinə dair KİV-lərdə gəzən şayiələr səngimək bilmir. M. Zukerberqin bəyanatından bir qədər sonra Bloomberg internet informasiya agentliyi onun sözlərini şübhə altına qoyub.

Belə ki, sözügedən nəşr məlumatlı mənbəyə istinadən bildirib ki, Facebook Britaniyanın INQ Mobile mobil qurğular istehsalçısı ilə iki model smartfonun hazırlanmasına dair saziş imzalayıb. Həmçinin qeyd olunur ki, yeni smartfonlar Android qurğuları ilə rəqabət aparmayacaq, çünki onların məhz bu əməliyyat sistemi ilə təchiz olunacağı nəzərdə tutulub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə