“FameLab” yarışmasının yarımfinal məhələsi keçirilir

09-04-2015 / 17:34

Elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışması – “FameLab”-ın yarımfinal mərhələsi keçirilir.

Qeyd edək ki, yarışma Qafqaz Universitetində (QU) 2007-ci ildən təşkil olunur. 

Universitetdən verilən məlumata görə , yarışda  ilk dəfə Böyük Britaniyanın “Çeltenham Elm Festivalı” tərəfindən yaradılan yarışmanın məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır. 18-35 yaş arası olan elm sahəsində, ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslər iştirak edir. 
 
Müsabiqə elm ilə məşğul olan şəxslərə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaradır.

Ümumilikdə isə  yarışa 87 layihə təqdim olunub.

Yarımfinal mərhələsinə 30 iştirakçı öz layihələrini təqdim etmə hüququ qazanıb. Onlardan 10 nəfər finala vəsiqə qazanacaq. Yarışmanın yarımfinal mərhələsinin açılışında iştirak edən QU-nun rektoru, professor Ahmet Saniç layihənin əhəmiyyətindən danışıb: “Bu layihə 2007-2009-cu illərdə keçirilib. “British Council” şırkətinin rəhbərliyi ilə görüşüb bu ildən  layihəni yenidən keçirilməsinə nail olduq. İstəyirik ki, bu yarışmanı regional yarışmaya çevirək”.
 
 Qeyd edək ki, finalda birinci  yerə layiq görülən layihə  2015-ci ilin iyun ayında Böyük Britaniyada keçiriləcək “Çeltenham Elm Festivalı”nda ölkəmizi təmsil edəcək.


 Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.