FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

06-12-2016 / 14:03

Dekabrın 4-də Azərbaycanda davamlı şəkildə geniş populyarlıq əldə edən Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES-in təsis edilməsinin 2 illiyini münasibətilə tədbir keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərin və təşkilatların nümayəndələri iştirak edib. İştirakçılar arasında ASAN Xidmət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, B.EST Solutions, Microsoft, Cybernet, Ultra Technologies, MONT, R.I.S.K, İteca Caspian, AzİnTelecom və digər təşkilatlardan olan qonaqlar yer alıb.

Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES və BEST Solutions şirkətinin həmtəsisçisi Yana Krimpe çıxış edərək təşkilatın fəaliyyət göstərdiyi iki il ərzində əldə edilmiş uğurlardan danışıb, həmçinin klubun gələcək fəaliyyəti haqda qonaqları ətraflı şəkildə məlumatlandırıb.

Qeyd olunub ki, Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES  təşkilatı 2014-cü ildə təsis edilib. Təşkilatın yaradılmasının məqsədləri sırasında İKT sahəsində müxtəlif dövlət və özəl qurumlarda, həmçinin ictimai sahədə çalışan qızları və qadınları bir araya gətirmək, İKT sahəsində onları maarifləndirmək, eləcə də günü-gündən inkişaf edən bu fəaliyyət sahəsində Azərbaycan qızları və qadınlarının karyera yüksəlişi səylərini artırmaq yer alır.

Təşkilatın uğurlu fəaliyyətini qeyd edən Y.Krimpe bildirib ki, klubun təsis edilməsindən bu günə qədər olan dövr ərzində təşkilat Azərbaycanlı qızların və qadınların İKT sahəsində məlumatlılıq dərəcəsinin artırılması istiqamətində müxtəlif uğurlara imza atıb və onlar üçün təkcə Bakı şəhərində deyil, həmçinin bir sıra regionlarda müxtəlif vacib tədbirlər həyata keçirib. Klub bu müddət ərində Bakutel-2014 və Bakutel-2016 kimi nüfuzlu sərgilərdə iştirak edib.

Diqqətə çatdırılıb ki, qızların və qadınların İKT sahəsində inkişafı, informasiya texnologiyaları sahəsinin onların arasında təbliğ edilməsi, bu sahədə müvafiq təcrübə mübadiləsinin aparılması və Azərbaycanlı qızların və qadınların İKT sahəsində son yanaşmalar və həllərlə yaxından tanış edilməsi mövzularını əhatə edən müxtəlif konfranslar təşkil olunub. Hazırda klubun üzvləri Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində informasiya texnologiyaları sahəsinin Azərbaycanda məktəblilər arasında təbliğ edilməsi üçün həyata keçirilən proqramı fəal şəkildə davam etdirirlər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Asan Xidmət, ADA Universiteti, müxtəlif dövlətlərin ölkəmizdə akkreditasiya olunmuş səfirlikləri, B.EST Solutions, MONT, Microsoft, Cybernet, AMCHAM Azertelecom, Azercell, Bakcell, Nar  və s kimi qabaqcıl şirkətlərlə əməkdaşlıq, həmçinin “Girls in ICT Day” və “ICT week” kimi ənənəvi tədbirlərin keçirilməsi imkan yaradıb ki, Azərbaycan qızları və qadınlarının İKT sahəsində ümumi və peşəkar bilikləri daha da artsın.  

Qeyd olunub ki, növbəti ilin yanvar ayının sonlarında klubun təsis edilməsi ilə bağlı təşkilatın üzvləri, həmçinin dəvət ediləcək çoxsaylı qonaqlar üçün genişmiqyaslı tədbirin keçirilməsi planlaşdırılır.

Tədbirdə Azərbaycan Qadınlarının İKT Klubu - FEMMES DIGITALES-in üzvləri təşkilatın uğurlu fəaliyyəti haqda danışaraq klubun gələcəkdə də məhsuldar şəkildə fəaliyyət göstərəcəyinə inandıqlarını ifadə ediblər və təşkilatın müxtəlif dövlət və özəl strukturlarla İKT sahəsinin Azərbaycanlı qızlar və qadınlar arasında təbliği sahəsində mövcud əməkdaşlığının davam edəcəyinə əmin olduqlarını vurğulayıblar.  

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.