Fərdi kompüterlərin satışı azalıb

10-07-2015 / 15:42

İkinci rübdə dünya kompüter sahəsinin həcmi International Data Corporation (IDC) analitik şirkətinin proqnozlaşdırdığı həcmdən daha çox azalıb.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, IDC ekspertləri tərəfindən müntəzəm yenilənən Worldwide Quarterly PC Tracker-in hesabatına görə, 2015-ci ilin aprel-iyununda fərdi kompüterlərin qlobal miqyasda tədarükü 66,1 milyon ədəd təşkil edib ki, bu da bir il əvvəldən 11,8 faiz azdır. Mütəxəssislər azalmanın 10,8 faiz səviyyəsində olacağını gözləyirdilər.

Güclü mənfi dinamika daha çox onunla əlaqədardır ki, 2014-cü ilin ikinci rübündə Windows XP əməliyyat sisteminin rəsmi dəstəyinin başa çatmasına görə fərdi kompüterlərə yüksək tələbat olub. Bundan başqa, hazırda istehlakçılar və şirkətlər fərdi kompüter və noutbuk almağa tələsməyərək yeni Windows 10 əməliyyat sisteminin çıxmasını gözləyirlər.

Kompüter sahəsinə mənfi təsir göstərən amillərdən biri də valyuta məzənnələrinin dəyişməsidir ki, bunun da nəticəsində fərdi kompüterlər əksər ölkələrdə bahalaşıb.

Hesabatdan həmçinin məlum olub ki, ABŞ kompüter bazarının həcmi 2015-ci ilin ikinci rübündə illik hesablamada təxminən 3,3 faiz azalaraq 16,4 milyon ədəd təşkil edib. Qeyd olunur ki, azalma Apple və Lenovo markalı qurğuların satışında artım olmasaydı, daha yüksək ola bilərdi. Digər iri şirkətlərdə fərdi kompüterlərin satış həcmi aşağı düşüb.

Ötən rübdə EMEA (Avropa, Yaxın Şərq, Afrika) regionunda tələbatın az olması və anbar ehtiyatlarının çoxalması qeydə alınıb. İstehsalçılar satılmayan mallardan yaxa qurtarmaqda davam edərək məktəb mövsümünə və Windows 10-un çıxmasına hazırlaşıblar. Dolların məzənnəsinin yüksək olması regionda fərdi kompüterlərin qiymətinin artmasına səbəb olub ki, bu da istehlakçıların və korporativ müştərilərin alıcılıq qabiliyyətinə təsir edib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.