Fermerlər kompüter və smartfon vasitəsilə e-xidmətlərdən istifadə edə biləcək

27-11-2015 / 15:19

Quba rayonunda "Fermer evi"ni istifadəyə verilib.

Xeberler.az Kənd Təsərrüfatı Nazirliyinin rəsi saytına istinadən məlumat verir ki, bununla  bağlı keçirilən tədbirdə kənd təsərrüfatı naziri Heydər Əsədov  bildirib ki, "Fermer evi"nin məsləhətçiləri məlumat bazasındakı mövcud biznes planlar, heyvanların yem rasionu, toxum dövriyyəsi, texniki üsullar, xəstəliklər və onlara qarşı mübarizə, dağlıq bölgələrdə ekoloji təmiz məhsulların istehsalı və digər əlaqəli sahələrə dair fermerlərə məsləhət xidməti göstərəcəklər.
 
Burada yaradılan təlim mərkəzində isə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər, seminarlar təşkil ediləcək, fermerlər tədris materialları ilə təmin olunacaqlar. Sahibkarlara məhsulun istehsalı ilə yanaşı, satışında da kömək göstəriləcək.

Qeyd edək ki, tədbirdə "Fermer evi"nin internet portalı barədə də məlumat verilib.

Bildirilib ki, portalda fermerlər üçün kənd təsərrüfatına aid kitab və broşürlər, bazar və qiymətlər, eləcə də güzəştli kreditlərin şərtləri barədə məlumatlar, əkinin necə aparılması, toxumların yoxlanılması, torpaqla necə davranmaq barədə videogörüntülər yerləşdirilib.
 
İnternet resursu fermerlər üçün daim yenilənən ensiklopediya funksiyasını yerinə yetirəcək. Fermerlərin sualları və ya problemi barədə məlumat aidiyyətı əməkdaşa yönəldilərək qısa müddət ərzində həll olunacaq.

Xeberler.az
  


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.