Firefox 3 brauzeri işıq üzü görüb

28-06-2008 / 16:22
İyunun 17-də Mozilla fondu Firefox brauzerinin yeni versiyasının işıq üzü gördüyü haqda bəyan edib. Brauzer müəllifləri ilk 24 saat ərzində proqramın yüklənməsi sayına görə rekord müəyyən etmək niyyətindədirlər. Onlar, brauzerin buraxıldığı 3-cü günündən 1.7 milyon internet istifadəçi tərəfindən yüklənilməsinə əmindirlər. Müqaisə üçün qeyd edək ki, brauzerin ötən versiyasını birinci gün 1.6 milyon istifadəçi yükləmişdir. Əgər yükləyənlərin sayı 1.7 milyon nəfər olsa, onda brauzer Ginnesin rekordlar kitabına düşəcək.

Firefox 3 versiyasında yükləmə meneceri, seçilmişlər qovluq sistemi və ünvanlar sətri yaxşılaşdırılıb. Yeni brauzer daha stabil, təhlükəsiz və veb-səhifələri düzgün əks etdirən fəaliyyətinə əsaslanır. Firefox 3 brauzerinin Gecko sürgüsünə 15 mindən çox dəyişikliklər əlavə olunub. Minlərlə yaddaş itkisinin qarşısı alınıb. Bu səbəbdən Firefox-un yeni versiyası bir neçə saatlıq fəaliyyətdən sonra klidlənmir.

Runetçilər Firefox brauzerinin yeni versiyasını nəinki artıq yüklənmiş rəsmi serverlərdən, hətda “Yandeks”in xüsusi serverindəndə əldə edə bilərlər.

Firefox 3 brauzerinin işıq üzü görməsinə bir neçə saat qalmış onun alfa versiyası Firefox 3.1 çıxıb. 3-cü versiyaya daxil etməyə çatdırılmayan funksiyalar alfa versiyanın tərkibində olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə