Firefox-un yeni YouTube əlavəsi

29-09-2009 / 19:12

Firefox şirkəti 3.5 versiyasına maraqlı bir əlavə daxil edib. “Better YouTube” adlı Firefox əlavəsinin köməyi ilə YouTube imkanlarını artırmaq mümkündür.

“Better YouTube” əlavəsində kino rejimində filmlər narahat edici şərhlər və ya digər videolarla bağlı linklər olmadan izlənilə bilir. Download düyməsinə basıldığında izlənilən videonu asanlıqla sabit diskə yazmaq olur.

Bunun üçün Firefox pəncərəsində Vasitələr menyusuna girib və Əlavələr başlığını seçmək lazımdır. Əlavə pəncərəsində “Better YouTube” nizamlarına girib istədiyiniz varianta tıklamaqla yeni əlavədən istifadə edə bilərsiz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə