Flapus Android istifadəçilərinə təqdim edildi

26-11-2015 / 16:40

Məlumat verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən bir qrup proqram tərtibatçısı smartfonlar üçün Flapus  adlanan  planlaşdırma proqramı yaradıblar.

Tətbiqetmənin Android üçün Beta versiyası təqdim edilmişdi.  

Xeberler.az-ın məlumatına görə, artıq bu gün proqram Play Store-da yerləşdirilib. Belə ki, artıq Android istifadəçiləri xidmətdən yararlana  bilər.

Tətbiqin iOS versiyasının da yaxın  zamanlarda istifadəyə veriləcəyi gözlənilir. 

Flapus vəzifələr və tapşırıqları insanlara xatırladan proqramdır.

Məsələn, işdən yorğun çıxıb evə gedərkən mağazadan ərzaq almağı unutmaq kimi hallarla siz də qarşılaşırsız. Yaxud dostlarınız dəvət etdiyi tədbirə getməyi unudursuz. Məşğul insanlarda bu cür unutmalar ola bilər, əsasən də insanlar başqaları tərəfindən onlara təyin edilən tapşırıqları unutmağa daha meyllidirlər. Bu zaman  Flapus mobil tətbiqi ilə   insanlar bir-birinə hər hansı tapşırığı xatırlada bilirlər.

Layihə barədə daha ətraflı burada.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə