Fransa Uber-ə 1.2 milyon avro cəza kəsdi

28-01-2016 / 12:34

Xüsusi taksi sifariş xidməti Uber-in  Fransa ilə davası bitmək bilmir.

Belə ki, paytaxt Parisdə bütün taksiçilərin etirazına  səbəb olan Uber-ə indi də  Fransa məhkəməsi  1.2 milyon avro cəza kəsib.

Xatırladaq ki, Uber ötən illərdən etibarən  Fransada  bəzi məhkəmələr və cəzalarla gündəmə gəlmişdi.  Hətta bu mübahisələr Uber avtomobillərinə hücumla da nəticlənmişdi.

Fransadakı beynəlxalq  taksi birliyi Union Nationale des Taxis  Uber-i  qanunlara əməl etməməkdə günahlandırmışdı.

Qeyd edilirdi ki, Fransadakı taksiçilər qaydalara uyğun olaraq heç vaxt küçədə müştəri götürmür.  Uber isə öz qaydasına uyğun olaraq avtomobili hər yerdə saxlayıb, müştəri götürür. Buna görə, Uber ənənəvi taksi xidməti göstərdiyinə görə günahlandırılırdı.

Xeberler.az Agence France-Presse (AFP)  tərəfindən yayılan məlumata istinadən bildirir ki, bu dəfə də Fransa məhkəməsi Uber-ə  qanunlara əməl etmədiyi üçün  1.2 milyon avro cəza tətbiq edib.

Məsələ ilə bağlı Uber rəsmi açıqlama verməyib.

Aysel Qənbərova 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.