Fransada Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

15-11-2018 / 14:35

Azərbaycan nümayəndə heyəti Fransa hökumətinin YUNESKO-nun baş qərargahında təşkil etdiyi İnternet İdarəçilik Forumunun (İİF) 13-cü illik yığıncağında iştirak edib.

Xeberler.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizovun rəhbərlik etdiyi nümayəndə heyətinə nazirliyin və BMT-nin İnkişaf Proqramının əməkdaşları daxil olub. Tədbirdə müxtəlif ölkələrin  hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyətinin təmsilçiləri internetlə bağlı aktual problemləri müzakirə ediblər.

Forumun əsas məqsədi internet idarəçiliyinə dair bir sıra məsələlərin müzakirəsindən əldə edilən nəticələrlə bağlı ictimaiyyətə tövsiyələr verməkdən ibarətdir. Fransa Respublikasının Prezidenti Emmanuel Makron və BMT-nin Baş katibi Antonio Quttereş İnternet İdarəçilik Forumunda açılış nitqi ilə çıxış ediblər. Tədbirdə eyni zamanda “TechAfganistan” şirkətinin prezidenti Omar Mansur Ansari, “APLTD” şirkətinin rəhbəri Leyonid Tadorov və digər səlahiyyətli şəxslər də iştirak edib.

İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet idarəçiliyi istiqamətində həyata keçirdiyi işlər və gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan “Gənclər üçün İnternet İdarəçiliyi Forumu” barədə məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində  əsas məqsəd innovativ iqtisadiyyatın genişləndirilməsi və elektron iştirakda Azərbaycanın potensialının artırılmasıdır.

Eyni zamanda, əsas hədəf Azərbaycanı regional İKT inkişaf mərkəzinə çevirmək, İKT sənayesinin yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə birgə təcrübə mübadiləsi  və əməkdaşlıq imkanlarını genişləndirmək, regionların milli internet idarəçiliyi prosesinə cəlb edilməsidir.

Tədbirdə qeyd edilib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, internet informasiya məkanı olmaqla yanaşı, həm də dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən mühit rolunu oynayır. Eyni zamanda bildirilib ki, Azərbaycanda internet bir qlobal şəbəkə kimi fikir və söz azadlığının yaranmasında, sosial şəbəkələrin genişlənməsində, vətəndaşların idarəçilik proseslərinə cəlb olunmasında yeni imkanlar yaradır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.