Fransada Ultra HD/HDR translyasiya olunub

23-06-2015 / 16:59

Fransanın Bretan regionunda fəaliyyət göstərən kanalların birində geniş dinamik diapazonlu və saniyədə 50 kadr tezlikli ultrayüksək təsvir ölçüsünə malik televiziya kontentinin yayım imkanları nümayiş olunub.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, texnoloji layihənin həyata keçirilməsi üçün “Envivio”, “Images & Réseaux”, “Orange”, “SeaEvents”, “TDF”, “Technicolor” və “Thomson Video Networks” şirkətləri səylərini birləşdirib. 

Təsvir keyfiyyətinin və məhsuldarlığın optimallaşdırılması üçün translyasiyada “Ultra HD”, “HEVC” və “DVB-T2” yayım texnologiyalarından istifadə olunub. Test translyasiya geniş ictimaiyyətə Bretanda sərgi çərçivəsində təqdim edilib. 

Qeyd edək ki, ultrayüksək təsvir formatında sınaq yayımları həmçinin Çexiya və İspaniya ərazisində rəqəmli efir televiziya şəbəkəsində həyata keçirilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə