Galaxy S6 Plus-un adı dəyişdi

13-06-2015 / 11:54

Samsung şirkəti Galaxy S6 Edge-nin daha böyük ekranlı versiyası olan Galaxy S6 Plus-u Galaxy S6 Note kimi adlandıracaq.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreyalı firma Galaxy S6 Note adını rəsmi olaraq təqdim edib.

Firmadan yayılan xəbərlərə görə, Galaxy S6 Note 5.7-düym böyüklüyündə Super AMOLED ekrana sahib olacaq.

Galaxy S6 Note-un Quad HD səviyyəsində olacağı  gözlənilir.

Android 5.1.1 Lollipop əməliyyat sistemiylə çalışacaq Galaxy S6 Note-un iyul-sentyabr aylarında ictimaiyyətə təqdim edəcəyi gözlənilir.

Samsung şirkəti sentyabrda IFA tədbirində Galaxy Note 5-i də təqdim etməyə hazırlaşır. 

 

Sevinc Çəltikova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə