Game Jam müsabiqəsinin qalibləri-Foto

15-01-2018 / 11:46

2017-ci ilin noyabr ayının əvvəlindən başlayan “Hackathon Azerbaijan” komandasının təşkilatçılığı, IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin final  mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, ilkin olaraq müsabiqədə iştirak üçün 53 komanda müraciət etsə də Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb.

Noyabrın 25-dən dekabrın 17-nə qədər davam edən təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub.

Təlim sessiyalarını uğurla başa vuran iştirakçılar yazdıqları oyun tətbiqlərinə dair xüsusi təqdimatla münsiflər heyəti qarşısında çıxış ediblər, seçilən iştirakçılar finalda mübarizə hüququ qazanıb. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə pul mükafatı və xüsusi hazırlanan kubok təqdim olunub.

Qalib komandaların adlarını və təqdim etdikləri oyunlar barədə məlumatı təqdim edirik:

I yer: “Stolen Crown” oyunu

Komanda: Mad Bots

II yer: “Mirror Man” oyunu

Komanda: LC Game studio

III yer: “Cartoon City” oyunu

Komanda:Fire Wings

Bundan əlavə müsabiqə müddətində aktivliyi ilə fərqlənən digər komandalara da həvəsləndirici mükafatlar və hədiyyələr təqdim olunub.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə