Game of Thrones hakerlərinə 250 min təklif edildi

11-08-2017 / 13:33

Məlumat verdiyimiz kimi, son dövrlərin məşhur filmi olan Game of Thrones-a qarşı haker hücumları səngimək bilmir.

Hakerlər içərisində nümayiş olunmamış bölüm ssenarilərinin da olduğu 1,5 terabaytlık məlumatı oğurlayıb. Bunun qarşılığında isə filmin prodüseri HBO-dan 7 milyon dollar istəyib.

Xeberler.az Variety-in bu gün paylaşdığı xəbərə istinadən bildirir ki, fidyə tələbinə bir təkliflə cavab verən HBO hakerlərə "Bounty payment", yəni “comərdlik” ödəməsi adı altında 250 min dollar təklif edib.

Tələb edilən 6 milyon dolların yanında olduqca aşağı rəqəm olan bu təklifə hakerlərin necə reaksiya verəcəyi maraqlıdır.

Qeyd edək ki, hakerlər ödəməni elektron pul vahidlərindən olan bitcoin ilə tələb edib.

 Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.