Game of Thrones ulduzlarının şəxsi məlumatları sızdırıldı

09-08-2017 / 10:15

Son dövrlərin məşhur filmi olan Game of Thrones-a qarşı haker hücumları davam edir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, film haqda məlumatları oğurlayana hakerlər Game of Thrones-un prodüseri HBO-dan 7 milyon dollar istəyib.

Belə ki, hakerlər  içərisində nümayiş olunmamış bölüm ssenarilərinin da olduğu 1,5 terabaytlık məlumatı oğurlayıb.

HBO-dan fidyə istəyən hakerlər indi də serialdakı ulduzların telefon nömrələri və e-poçt ünvanlarını sızdırıb.

HBO-nun daha çox sızıntının qarısını almaq üçün özlərinə pul ödənilməsini tələb edən hakerlər 3,4 GB böyüklüyündə məlumat da  yayımlayıb.

Qeyd edək ki, sızdırılan məlumatlar arasında Game of Thrones hissələrinin qaralama ssenariləri, HBO-nin daxili şəbəkəsinə aid texniki sənədlər, idarə parolları var.

Bir sənəddə isə Game of Thrones ulduzları Peter Dinklage, Lena Headey və Emilia Clarkın şəxsi telefon nömrələri və elektron poçt ünvanları var.

HBO-nin film proqramlarından məsul köməkçisi Leslie Cohen-in  elektron mesajları da sızıntılar arasındadır.

Associated Press-ə görə, hackerlərin əlində Leslie Cohen-in filmin bir aylıq müddətinə dair yazışmaları ilə yanaşı, sonrakı hissənin ətraflı bir xülasə, büdcə, hüquq, lisenziyalaşdırma və pərakəndə kimi adlara sahib qovluqların ekran görüntüleri, oyunçuların və istehsal qrupunun telefon nömrələri və e -posta ünvanları var.

Fidyə məktubu, özünü Mr. Smith olaraq tanıdan bir nəfər tərəfindən hazırlanan 5 dəqiqə uzunluğunda bir videodan meydana gəlib.

CEO-ya ötürülən videoda  fidyə miqdarının 7 milyon dollar olduğu ifadə edilir. AP-yə görə , mesajda  hakerlər HBO-nin şəbəkəsinə girmək üçün altı ay çalışdıqlarını və fidyənin də bu işin qarşılığı olduğunu deyib.

Hakerlər fidyəni bitcoin olaraq tələb edərkən, ümumiyyətlə ildə 12 ilə 15 milyon dollar arası bir qazancları olduğunu da vurğulayıb.

Qeyd edək ki, işə artıq FBI da qarışıb. Hazırda məsələ ilə bağlı araşdırmalar getdiyi  bildirilsə də, bununla bağlı detallı məlumatlar paylaşılmır.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə