Gamee: Pulsuz mobil oyun axtaranlara xüsusi mobil sosial şəbəkə

01-04-2015 / 10:14

Gamee (iOS) oyun üçün ödəmələrdən xilas olmaq istəyənlər üçün bir fürsət təqdim edir. Pulsuz mobil oyunlara yönəlmiş sosial şəbəkə proqramı, ilk olaraq, Türkiyə və Avstraliya bazarlarında satışa çıxır.

Gamee ödəniş problemini həll etmək üçün tətbiq daxilində satın almaq xüsusiyyəti olmayan oyunlar və bir sosial şəbəkə infrastrukturuyla oyun sevərləri ələ keçirmək istəyir.

Bozena Rezab-ın təsisçi ortaqlarından olduğu Gamee tətbiqi çox mürəkkəb olmayan müxtəlif pulsuz oyunları təqdim edir.

Gamee-də oyunçular oynadığı oyunların ballarını bir-biriləriylə paylaşa bilir. Oyunsevərlər yeni oyunlar kəşf edib dostlarının oyun performanslarını izləyə bilir. Ən çox bəyənilən oyunları və ən uğurlu oyunçuları görmək mümkündür.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə