Gələcəkdə internet media dövlət tərəfindən dəstəklənə bilər

17-07-2012 / 10:43
Belə bir açıqlama ilə  Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edib.
Onun sözlərinə görə, internet medianın dövlətdən yardım almaq məsələsi bugünkü qanunvericilikdə yoxdur. "Amma bugünkü dinamik inkişaf şəraitində heç nə istisna olunmur. Yəqin gələcəkdə bu məsələlərə baxılanda, qanunvericilik bazasının formalaşması prosesində internet medianın dövlət tərəfindən dəstəklənməsi məsələsinə diqqət yetiriləcə",-PA rəsmisi qeyd edib.

O əlavə edib ki, bu gün internet medianın tənzimlənməsi ilə bağlı müzakirələr çox aktualdır. Bu gün infomasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf etdiyi üçün bu məsələlərə də göstərilən diqqət çox yüksəkdir. Mehdiyev bildirib ki, gələcəkdə internet media üstünlük təşkil edəcək. Buna görə də bu sahə üzrə müzakirələr aparmaq lazımdır. Onun sözlərinə görə, beynəlxalq təcrübəyə və bizim cəmiyyətin maraqlarına uyğun qərarların qəbul olunması labüddür.


Trend


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə