Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

15-04-2019 / 11:28

Şamaxı Astrofizika Rəsədxanası, Azərkosmos, Bakı Dövlət Universiteti, Park Bulvar AVM-in dəstəyi ilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı çərçivəsində 12 aprel  “Ümumdünya Kosmonavtika günü”nə həsr olunmuş Bakı şəhər məktəbliləri arasında ”Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib.

Xeberler.az  bildirir ki, məktəblilər üçün təşkil olunan proqram 15 noyabr 2018-ci il tarixindən başlayaraq 12 aprel 2019-cu il tarixinə qədər dəvam edib. Layihənin əsas məqsədi məktəblilərin astonomiya və astrofizika biliklərinin genişləndirilməsi, onların kosmik sənayeyə marağının artırılması, astronomik maarifləndirilmə sayəsində onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, məktəblilərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsi və onlar arasında kosmik mühəndisliyin təbliği, ictimai diqqətin cəlb edilməsindən ibarətdir. Məktəblilər Tusi-Bohm Planetariumda astroloji filmləri izləyib və onların əsasında maketlər hazırlayıblar. Müsabiqənin seçim mərhələsi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində həyata keçirilib.

Təşkilat Komitəsi tərəfindən yaradılmış astrofiziklər, mühəndislər və mütəxəssislərdən ibarət olan münsiflər heyəti məktəblilərin hazırladıqları maketləri qiymətləndiriblər. Münsiflər heyətinə Firuzə Sultan-zadə - Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, Famil Mustafa - TUSİ-BOHM Planetariumun direktoru, Mirnamik Bəşirov - Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, Böyükbəy Vəzirov - Azərkosmosun peyk mühəndisi, Fuad Dadaşov - Milli Aviasiya Akademiyasının böyük elmi işçisi daxil edilib.

“Gələcəyin mühəndisi” müsabiqəsi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhər ümumtəhsil müəssisələrinin V-VIII və IX-XI sinif şagirdləri arasında 2 yaş qrupu çərçivəsində (fərdi və qrup şəklində) keçirilib. Müsabiqədə 24 məktəb üzrə 63 iştirakçı hazırladıqları 54 maket ilə çıxış ediblər. Müsabiqənin mükafatlandırma mərasimi Park Bulvar AVM-in TUSİ-BOHM Planetariumda “Kosmonavtika günü” ilə əlaqədar olaraq təntənəli şəkildə qeyd olunub və qaliblərə sertifikatlar və o cümlədən pul mükafatı təqdim edilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.