Gələn il Asus 10 smartfon istehsal edəcək

28-11-2008 / 11:35

ASUSTEK Computer şirkətinin mobil telefonların hazırlanması və istehsalı ilə məşğul olan bölməsi bu il gözlənildiyindən aşağı nəticələr göstərib. Informasiya mənbələrinin dediyinə görə, Tayvan istehsalçısı bu il 13-15 smartfon buraxmağı planlaşdırırdı, lakin cəmi yeddisini istehsal edə bilib. Gələn il ASUS bu boşluğu doldurmaq istəyir. Onun planlarında 10 smartfon buraxmaqdır ki, onlar da 3G şəbəkəsi və sensor interfeysilə fərqlənən telefonlar olacaq.

ASUS-un smartfon bazarında əsas rəqibi HTC hesab olunur. Belə ki,  ASUS-un 700-800 nəfərlik R&D şöbəsi, HTC-in isə 2200 nəfərlik mühəndis-tədqiqatçı personalı var. Proqnozlara görə, cari ildə HTC smartfonlarının ümumi sayı 12-13 milyon, ASUS-da isə 300-400 mindən ibarət olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə