Gələn il Bakutel sərgisinin keçiriləcəyi tarix açıqlandı

17-12-2015 / 10:31

Ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri, eyni zamanda Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük sərgisi - Bakutel Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı 2016-cı ildə  noyabrın 30-dan  dekabrın   3 -ü arasında   keçiriləcək.
 
Qeyd edək ki, Bakutel sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır.
 
İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, Bakutel əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib.

 Bu il keçirlən sərgidə  Azərbaycan, ABŞ, Almaniya, Rusiya, Türkiyə, Fransa, və digər ölkələri təmsil edən 200-dən artıq şirkət sərgidə iştirak edib.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə