Gələn ilin aprel ayınadək Azərbaycan ərazisi simsiz İnternetlə tam əhatə olunacaq

07-10-2008 / 23:26
Rabitə və İnformasiya Texnologiyaları nazirinin  müavini İ.Məmmədovun sözlərinə görə, cari ilin əvvəlindən indiyədək Qəbələ, Ucar və digər rayon və şəhərlərdə optik kabelin çəkilməsi başa çatdırılıb: «Hazırda İsmayıllı, Ağdam, Füzuli və bir sıra digər rayonlarda optik kabelin çəkilməsi davam etdirilir və çox güman ki, bu ilin oktyabr ayının 15-dək həmin rayonlarda bu proses başa çatacaq». Ölkədə rabitə sisteminin elektronlaşdırılmasına gəldikdə isə, İ.Məmmədov bildirib ki, bu ilin sonunadək İsmayıllı, İmişli, Lerik, Zərdab və digər rayonlarda bu proses yekunlaşacaq.
Nazir müavini onu da qeyd edib ki, Azərbaycanın regionlarında informasiya texnologiyaları sahəsinə xüsusi diqqət yetirilməlidir. Belə ki, regionlarda genişzolaqlı İnternet istifadəçilərinin sayı yüz minlərlə olmalıdır, real vəziyyət isə əksinədir: «Həmçinin, Bakıda vəziyyət belədir. Buna görə, İnternet provayderləri öz reklamlarını gücləndirməli, genişzolaqlı İnternetin faydasını, münasib qiymətlərin olduğunu və adi İnternetdən fərqini istifadəçilərə çatdırmalıdır».
Ölkədə simsiz İnternet xidmətlərinə gəldikdə isə İ.Məmmədov qeyd edib ki, bu ilin oktyabr ayının sonunadək Bakı, Abşeron və Sumqayıt ərazilərində simsiz İnternetin istifadəsinə dair sınaqlar başa çatdırılacaq: «İstisna deyil ki, gələn ilin mart ayının sonunadək simsiz İnternet bütün ölkəni əhatə edəcək».

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə