Gənc Beyin layihəsi reallaşdırılıb

08-01-2019 / 14:23

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “ASAN Könüllüləri” Təşkilatının təşkilati dəstəyi ilə “Gənc Beyin” layihəsi reallaşdırılıb.

Xeberler.az  bildirir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi, ASAN Könüllüsü Elxan Şükürovun rəhbəri olduğu layihənin əsas  məqsədi gənclərdə özünə inam hissi,  liderlik xüsusiyyətlərinin formalaşdırılması, nitq qabiliyyətlərinin inkişafı və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə töhfə verməkdir.

“Gənc Beyin” layihəsi çərçivəsində gənclər arasında psixoloji gərginliyi nəzərə alaraq gənclərimizin psixi sağlamlığının qorunması və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə  yönəlmiş  psixoloji təlimlər də həyata keçiriləcək. Layihə Bakı və regionlarda yaşayan gəncləri əhatə edəcək, bir çox fərqli mövzularda təlim və seminarlar keçiriləcəkdir.

İştirakçılarla Bakı və Qubada görüşlər baş tutub. İlk təlim Quba daha sonra isə Bakı şəhərində reallaşıb və “Bədən dili və ondan istifadə”, “Ünsiyyətdə empatiya hissi”, “Manipulyasiya və ondan müdafiə”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar”, “İctimai aqressiya” mövzuları üzrə təlimlər keçirilib. Mövzu ətrafında interaktiv müzakirələr aparılıb. Layihə iştirakçıları sertifikatlarla təltif ediliblər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.