Gənc Tamaşaçılar Teatrının yeni rəsmi saytı açılacaq

12-02-2011 / 13:13

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yüksək peşəkarlıqla hazırlanan saytda Dövlət Gənc Tamaşaçılar Teatrının yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, teatrın inzibati və yaradıcı kollektivlərinin, bədii heyət haqqında geniş məlumat yerləşdirilir.

Saytda həmçinin, video və fotoalbom, teatrın aktyor kollektivinin uğurla iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında ətraflı məlumatlar öz əksini tapacaq. Yeni sayta forum və vebsayt da daxil olmaqla teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklər, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, teatrın aylıq və cari repertuarı, repertuarda olan tamaşalar haqqında qısa annotasiyalar, yaxın üç ay ərzində göstəriləcək tamaşalar haqqında informasiyalar yer alacaq.

Sayt hər zaman özündə yenilikləri əks etdirməklə təkmilləşdiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə