Gəncə Dövlət Universitetinə sürətli internet çəkilib

26-09-2016 / 10:32

Gəncə Dövlət Universitetində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün u 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. 

Bu barədə Xeberler.az-a universitetdən məlumat verilib .

Qeyd edilib ki, tədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir.

Belə ki, rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə - "açıq dərs"lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin "açıq dərs"lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur.

Məlumata görə, universitetdə "Elektron universitet" layihəsi reallaşdırılıb.

Bildirilib ki, universitet yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilib, ağıllı lövhələr, ağ lövhələr, surətçoxaldan, digər texniki vasitələr alınıb. Bütün kafedralar, şöbə və dekanlıqlar və struktur bölmələri kompüterlərlə təchiz olunub, Tədris binaları arasında fiber optik kabellərlə “Gigabit ethernet ” texnologiyası vasitəsilə lokal şəbəkə yenilənmiş, yüksəksürətli (15 meqabit) internetə çıxış təmin edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən korpuslara fiber optic internetin çəkilişi  başa çatdırılıb.

Məlumata görə, fasiləsiz işləyən İnternet xətti professor-müəllim heyəti və tələbələrin operativ informasiya mübadiləsini təmin edir.

Tədris prosesinin informasiya texnologiyaları, proqram vəsaitləri, laboratoriya və texniki avadanlıqlarla təminatı Dövlət Təhsil Standartlarına uyğundur.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə