Gəncə Telekommunikasiya İdarəsində nə baş verir?

01-09-2016 / 12:55

Bir müddət əvvəl də məlumat verdiyimiz kimi, Gəncədə uzun illərdir fəaliyyət göstərən CNC.AZ MMC provayderinin xidmətində problemlər yaranıb.

İndi isə problem daha da ciddiləşib.

Belə ki, Gəncədə xidmət göstərən CNC.AZ MMC pilot pravoyderin Gəncə məhəllələrində şkaflarda quraşdırdığı avadanlıqlar söndürülərək yüzlərlə istifadəçinin interneti dayandırılıb.

CNC-dən Xeberler.az-a daxil olan məlumata görə, provayderin həmin avadanlıqları söndürüldüyündən onlar optik şəbəkə şkafları ərazisində artıq vətəndaşlara xidmət göstərə bilmirlər.

Məlumatda qeyd edilib ki, CNC provayderin şkafların ərazisində fəaliyyətinə Aztelekom tərəfindən qadağa qoyulub.

Gəncə Telekommunikasiya İdarəsi tərəfindən provayderə məlumat verilib ki, bundan sonra artıq onların optik şəbəkə şkaflarında telekommunikasiya infrastruktrundan istifadə edə bilməzlər.

Məlum olduğu kimi, bölgədə əsas internet təchizatçısı olaraq Aztelekom.net dövlət provayderi fəaliyyət göstərir. Ona görə də hazırda CNC provayderin şkaflardakı istifadəçiləri Aztelekom.net dövlət provoyderin üzərinə keçirilərək inhisarçılıq yaradır.

Belə olan vəziyyətdə internet xidmətinin tariflərinin tarif şurası tərəfindən tənzimlənməsi zərurəti yaradır.

Qeyd edək ki, CNC provayderi 2014-ci ildən Gəncədə fəaliyyət göstərir.

Məsələ ilə bağlı Gəncə Telekommunikasiya İdarəsindən məlumat almaq istəsək də, hələlil mümkün olmayıb.

CNC.AZ-dan Xeberler.az-a bildirilib ki, hazırda məsələ araşdırılır. Bu barədə gün ərzində ətraflı məlumat veriləcək.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.