Gəncədə İT üzrə təlimlər keçirilib

27-04-2018 / 12:12

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi regionlarda tələbələrin informasiya texnologiyaları (İT) sahəsi üzrə karyeralarının inkişafına dəstək məqsədli tədbirlər həyata keçirir.

Növbəti tədbirlər Gəncə şəhərində təşkil olunub. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbələrinin iştirakı ilə seminarlar keçirilib.

Xeberler.az bildirir ki, səfər çərçivəsində Elektron Hökumət Təlim-Tədris Mərkəzi və ali təhsil müəssisələrinin rəhbərlikləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirlərdə mərkəzin direktoru Rauf Cabbarov açılış nitqi ilə çıxış edib. Çıxışda regionlarda təhsil alan tələbələrin İT sahəsi üzrə biliklərinin artırılması, bacarıqlarının inkişafı perspektivlərindən danışılıb, bu sahənin onların gələcək karyeralarındakı önəmi vurğulanıb.

Daha sonra seminarlarda mərkəzin əməkdaşları tərəfindən elektron hökumət həlləri, İKT üzrə təlim imkanları, beynəlxalq sertifikasiya proqramları, tələbələr üçün karyera imkanları və sosial layihələr barədə təqdimatlar nümayiş etdirilib.

Həmçinin, tədbirlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, “Microsoft” şirkəti ilə birgə keçirdiyi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Microsoft” şirkətinin təşkilatçısı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Azercell” şirkətinin tərəfdaşı olduğu “İdeyadan biznesə” adlı startap turu barədə də tələbələrə ətraflı məlumat verilib.

Üç universitetdə keçirilən tədbirlərdə ümumilikdə 600 nəfərdən çox tələbə və müəllim heyəti iştirak edib.

Tədbirlərin sonunda universitetlərin tələbələri və müəllim heyəti ilə fəal müzakirələr aparılıb. Universitet nümayəndələri bu tədbirlərin davamlı keçirilməsi ilə bağlı istəklərini bölüşüblər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.