Gəncədə Startap Günləri davam edir-Fotolar

27-11-2016 / 08:02

Xəbər verdiyimiz kimi, Startap Azərbaycanın və ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə 25 -30 noyabrda Gəncədə “Azərbaycan Startup Festivalı” təşkil olunur.

Ötən gün Festivalin açılış mərasimindən sonra Festival çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində Startap Günlərinə də start verilib olub.

Startap Günləri çərçivəsində “Regionlarda startapların inkişafı : problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Ötən gün həmçiniun ekspert və mentorların dəstəyi ilə iştirakçılar tərəfindən yeni biznes - ideyaların irəli sürülməsi, bunun müzakirəsi və ideyaların yarışı başlayıb.

Bu mərhələdə müxtəlif universitetlərdən olan tələbələr 50-yə yaxın ideya səsləndirib. Daha sonra ən yaxşı 6 ideya seçilib.

Qalib ideyalar ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb. Startap Azərbaycan-ın ekspertləri və mentorları (Vahid Qasımov, Namət Məmmədzadə, Fərid Kazımov, Samir Mehdi , Tələt Rzayev , Murad Həsənzadə, Hüseyn Hüseynzadə) komandalara növbəti günlərdə atılacaq addımarla bağlı öz tövsiylərini verib.

Dünən Statap Günlərinin 2-ci günü baş tutub. Səhər saat 10:00-dan onlar öz eskpert və mentorların yardımı ilə layihələri üzərində işlərə başlayıb.

Xeberler.az-ın məlumatına görə, dünən həmçinin komandalar üçün təlimlər də təşkil edilib. Vahid Qasımovun moderatorluğu ilə İnternet biznesə yeni başlayanlar üçün təlim keçirilib.

Təlimçilər Fərid Kazımov , Vahid Qasımov və Murad Həsənzadə komandalara layihələrinin prototiplərinin hazırlanması, komanda formasında fəaliyyət, layihələrin təqdimatı zamanı diqqət etməli olduğu vacib məqamlar barədə məlumat verilib.

 

Dünən onlar eskpert və mentorların dəstəyi ilə layihələrinin təqdimat forması üzərində işləməyi öyrənib. Günün sonuna qədər komandalar layihələr üzərində fəaliyyəti davam etdirib.

Qeyd edək ki, bu gün Startap Günlərində yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblərə və fərqlənənlərə Neuron Technologies, SİNAM və Lenovo şirkətlərinin qiymətli hədiyyələri və Startap Azərbaycan-ın sertifikat və diplomları təqdim ediləcək.

Startap Günləri Startap Azərbaycan çərçivəsində keçirilir.

Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı , İT-nin İnkişafına Dəstək Dövlət Fondu, Neuron Technologies, SİNAM və Lenovo şirkətləri dəstək veirir.

Bu barədə daha ətraflı Startap Azərbaycan rəsmi saytındakı Startap Günləri bölməsindən məlumat əldə edə bilərsiniz.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.