“Gəncə”nin internet saytı yaradıldı

15-09-2010 / 02:25

“Gəncə” Peşəkar Futbol Klubunun yeni saytı istifadəyə verilib.


Bu barədə məlumatı klubun mətbuat katibi Məqsəd Rəhimov verib. Onun sözlərinə görə dizayn və effektləri ilə seçilən saytda “Gəncə” PFK-nın tarixi, rəhbərlik və oyunçular barədə məlumarlar, şəkillər, videolar, komanda barədə son informasiyalar, qədim Gəncə şəhərinin dünəni və bu gününü əks etdirən şəkillər, maraqlı məlumatlar yer alıb: “Gancapfk.az saytına daxil olan azarkeşlər komanda ilə bağlı hər gün yenilənən məlumatları əldə edə biləcəklər. Saytımızda uşaq futbolu, fan klub və əlaqə bölməsi də fəaliyyət göstərir ki, bura daxil olan azarkeşlər öz fikir və təkliflərini yaza bilərlər. Saytda mütəmadı olaraq klub rəhbərliyinin və futbolçuların eksklyuziv intervyuları, maraqlı müsahibələri də yer alacaq. Bundan başqa komanda ilə bağlı digər kütləvi informasiya vasitələrində gedən məlumatlar da sayta yerləşdiriləcək”.

Mətbuat katibi “Gəncə” PFK ilə bağlı bütün yeniliklərin saytda yer alacağını, bununla da komanda ilə digər KİV-rin əlaqələrinin intensivləşəcəyini vurğulayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə