Gənclər Azərkosmos-da olub

19-10-2015 / 23:13

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) milli peyk operatoru Azərkosmos Açıq Səhmdar Cəmiyyətinə infotur təşkil edib.

Xeberler.az-ın məlumatına görə, məlumat turuna ARGTMŞ-in üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəallar qatılıblar.

Tanışlığa Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən başlayan gənclərə Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirən Azərspace-1 peykinin buraxılması zərurəti, müştəri xidmətlərinin təşkili və perspektiv planlar barədə ətraflı məlumat verilib.

İştirakçılar peyk vasitəsilə teleradio yayımı, səs və videonun ötürülməsi mexanizmi ilə tanış olublar. Sonra məlumatların ötürülməsini təmin edən proqram və texnologiyaların real iş rejimi prosesindən bəhs edilib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə