Gənclər internetdə nə işlə məşğuldurlar?

15-12-2008 / 11:47

Bu yaxınlarda araşdırmaçılar istifadəçilərinin sayı 11 milyonu keçən Bebo sosial şəbəkəsində maraqlı bir sorğu keçiriblər. Sorğu nəticəsində aydın olub ki, üç istifadəçidən ikisi, mobil telefon və ya rəqəmli fotokameradan istifadə edərək öz foto hesabatlarını hazırlayırlar.

Sorğu alınanların 75%-i bildirib ki, onlar öz hesablarına hər gün yeni şəkillərini əlavə edirlər. Sorğu keçirilənlərin təxminən yarı hissəsi bildirib ki, onların şəbəkədə daimi olaraq əlaqə saxladıqları dostlarının sayı 250 nəfərə çatır.

Sosial şəbəkələrlə yanaşı, ikinci ən çox baş qoşulan sahə YouTube kimi saytlarda videolara baxmaqdır. Araşdırmalardan aydın olub ki, hər yeniyetmə həftə ərzində orta hesabla 50 videoməzə izləyir. Həmçinin internet TV auditoriyasının potensial auditoriyasının bir hissəsini də özünə cəlb edib.

Bebo şəbəkəsinin direktoru Sara Gavin (Sarah Gavin) bildirib ki, telekomunikasiya texnologiyalarının inkişafı nəticəsində gənclərin ünsiyyət imkanları və buna həvəsləri çox güclənib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə