“Gənclər üçün İKT Məktəbi” layihəsinin icrasına başlanacaq

18-08-2009 / 19:45

Gənclər üçün Təhsil Mərkəzi sentyabr ayının 1-dən etibarən “Gənclər üçün İKT Məktəbi” layihəsinin icrasına başlayacaq. Mərkəzdən verilən məlumata görə, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra ediləcək layihənin əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsidir.

Gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq, onların aktiv İKT istifadəçisinə çevrilməsinə çalışmaq və s. vəzifələri öz üzərinə götürən layihənin bu ilin sonunadək 2000-dən artıq gənci əhatə etməsi planlaşdırılır.

Qeyd edək ki, layihə çərçivəsində qeyri-formal təhsil metodları, praktik məşğələlər, internet aksiyalar və məsləhət xidməti təşkil ediləcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.