Gənclər universitetə getmək əvəzinə öz startapını yaradır-Araşdırma

19-12-2015 / 11:33

Startap, internet sahibkarlığı  sahəsində dünyanın ən əhatəli araşdırmalarından olan  “Global Entrepreneurship Monitor (GEM)2014" Türkiyədə startap ekosistemi ilə bağlı təhlil, araşdırma aparıb.

Xeberler.az GEM-ə istinadən məlumat verir ki, 31 mindən çox iştirakçının rəyi nəticəsində məlum olub ki, Türkiyədə startapçıların sayı  baxımından  son dövrdə ciddi inkişaf müşahidə olunur.

 Hər 100 nəfərdən 19-nun  startaplarla məşğul olduğu açıqlanıb.

GEM 2014 Türkiyə nəticələrinə görə, Türkiyədə hər 100 nəfərdən 19-u internet sahibkarlığı ilə məşğuldur.

Məlumatda bidirilib ki, bu, 2006  ilidən bu günə qədər Türkiyədə bu sahədə   ən yüksək nisbətdir. Bu nəticə, hətta, inkişaf etməkdə olan ölkələrin ortalamasından (yüzdə 14,73) daha yüksəkdir.

Qeyd edilib ki, Türkiyənin startap sahəsindəki nisbəti  ABŞ və Almaniya kimi inkişaf etmiş ekosistemdən daha yüksəkdir.

Araşdırma zamanı  məlum olub ki, Türkiyədə startapçı olana qədər bu arzuya çatmaq istəyənlərin nisbətində də ciddi artım müşahidə edilir.

Belə ki, startapçı olmaq istədiklərini deyənlərin nisbəti 2006-2012 illəri arasında  yüzdə 0  olduğu halda, 2013-cü ildə bu, yüzdə 31,64-ə yüksəlib, 2014-də isə bu nisbətin yüzdə 35-ə qalxıb.

Bu isə  inkişaf etməkdə olan 30 ölkə arasındakı ən yüksək 6-cı nisbətdir. Bildirilib ki, 2013-ci ildə Türkiyə eyni sıralamada 11-ci olub.

Ölkələrin startap eksositeminin potensialını analiz edən araşdırmaya görə, Türkiyə əhalisinin yüzdə 53-ü internet sahibkarlığı  bacarığına  malikdir.

Türkiyədə yetişkin əhalinin yüzdə  64-ü isə öz  biznesini qurmaq mövzusunda  çox cəsarətlidir.

Qeyd edilib ki, bunlardan yüzdə  56-ı  məlumat və bacarıq baxımından özünə çox güvənir, yüzdə 39-u isə yaxın gələcəkdə ətrafında daha faydalı fürsətlərin, imkanların olacağına əmindir.

Araşdırmadan məlum olub ki, Türkiyədə gənclər universitetə  getmək əvəzinə startapçı olur.

GEM 2014 Türkiyə nəticələrində diqqət  çəkən başqa məqam isə Türkiyədə  18-24 yaş arasında gənc sahibkarların nisbətinin əvvəlki illərdən yüzdə 50 nisbətindən artaraq yüzdə  22,62-yə yüksəlməsidir.

Bu da o deməkdir ki, gənclər arasında universitetə getmək əvəzinə şəxsi bizneslərini quraraq iş karyerasına başlamaq daha populyar olaraq  bir trend  halına gəlib.

Araşdırmada  digər məlumat isə startapçılarının sayının artmasının Türkiyədə artan işsizlik problemi ilə bağlı olduğu iddia edilir.

Buna görə də Türkiyədə fürsətləri dəyərləndirmək üçün bu sahəyə gələnlərin nisbəti 2013-cü ildə yüzdə  60,8  olduğu halda , 2014-də  yüzdə 34,7-yə düşüb.

İşsizlik və ya ehtiyaclarından dolayı sahibkarlığa maraq göstərənlərin nisbəti  eyni vaxtda yüzdə 8,1-dən yüzdə 42,5-ə qalxaraq beş qat artıb.

Bu isə Türkiyədə startapların  kəmiyyət olaraq artdığını, keyfiyyət baxımından isə zəiflədiyini göstərir.

Qadın sahibkarların nisbəti zəifləyib

Türkiyənin startap  eksosistemi dünya trendlərinin əksinə olaraq qadınları bu sektorda o qədər də önəmsəmir.

Belə ki, araşdırmaya görə, 2013  ildən yüzdə 31,5 olan qadın sahibkarların nisbəti  2014-də  yüzdə 22-yə düşüb.

Bu ciddi zəifləməni Türkiyənin gender bərabərliyi  mövzusunda  getdikcə zəifləyən fəaliyyəti kimi qiymətləndirilib.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.