Gənclərimizdən qlobal bazara iddialı olan daha bir startap

25-04-2016 / 17:18

Azərbaycanlı gənclər ölkəmizdə və  dünya bazarında müştəri məmnuniyyətini yüksək  səviyyəyə qaldırmağı hədəfləyən yeni startap hazırlayıb.

Belə ki, Qmeter adlanan bu məhsulun əsas məqsədi xidmət sahəsində fəaliyyət göstərən şirkətlərə ən effektiv əlaqə alətləri təqdim etməkdir. 

Platforma aprelin 24-də fəaliyyətə başlayıb.

Qmeter  barədə daha ətraflı layihə rəhbəri Adil Abdullayev ilə söhbət etdik.

Adil Abdullayev Xeberler.az-a  məhsulun adının Qmeter seçilməsi də təsadüfi olmadığını deyib:

““Quality Meter” (keyfiyyət ölçən) olan bu onlayn həll, biznes sahiblərinin öz xidmət səviyyəsini ölçmələri üçün geniş funksiyalı alətdir. Veb və mobil tətbiq olaraq fəaliyyət göstərən Qmeter artıq istənilən bizneslər üçün istifadəyə açıqdır. Müştəri ilə təmasda olan bütün biznes növləri üçün uyğunlaşdırılmış həll çox asan idarəolunma mexanizminə malikdir”.

Layihə rəhbəri deyib ki, sadə və istifadəsi rahat olan Qmeter mobil tətbiqi şirkətlər tərəfindən müştərilərinə təqdim edilir və onların xidmətlə bağlı fikirlərini toplayır. Müştəridən tələb olunan yeganə addım ekranda gördüyü düymələrə klik edərək  xidmət haqda düşüncələrini paylaşmaqdır:

“Biznes sahibləri isə öz növbəsində bu fikirləri dərhal (real-time) əldə edir, müştərilərinin xidmət haqda nəyi sevdiyini və ən əsası nədən narazı qaldığını dərhal görə bilirlər. Bu isə onlara xidmətlərində yaranmış çətinlikləri, çatışmamazlıqları aradan qaldırmağa imkan yaradır. Xidmətdə xüsusi olaraq konfiqurasiya olunan SMS və Email bildiriş funksiyaları sayəsində biznes sahibi əldə etmiş neqativ dəyərləndirmə haqda məlumatı dərhal mobil telefonuna əldə edə və ehtiyac olduqda dərhal müştəri ilə əlaqə saxlayaraq yaranmış çətinliyi aradan qaldıra bilər. Xidməti dəyərləndirən müştərilər istəkdən asılı olaraq öz şəxsi məlumatlarını tətbiqə əlavə edə bilərlər.Bu, müştəriyə şirkətin keçirdiyi kampaniya və xüsusi endirimlər haqda məlumatın effektiv olaraq çatdırılasında və ya hər hansı bir xoşagəlməz halın baş verməsi zamanı onunla əlaqə yaratmağa imkan verir”.

Onun sözlərinə görə, şirkət nümayəndələrinin dediyinə görə xidmət kağızla hazırlanmış geridönüş formasından fərqli olaraq müştəri məmnuniyyətinin ölçülməsini daha effektiv hala gətirir və ən əsası, biznes sahibinin ehtiyacı olan müştəri fikirlərini detallı statistika ilə onlara dərhal təqdim edir.

Adil Abdullayev  qeyd edib ki, layihənin biznes planı 2 ildir ki, hazırlanıb. Layihə üzərində  isə aktiv olaraq  son  8 aydır işləyirlər.

Təsisçi layihə başlamazadan öncə həm  yerli, həm də qlobal bazarda araşdırma apardıqlarını deyib:

“Dünya bazarında  bununla bağlı araşdırma aparıldı.  Məlum oldu  ki, bu konsepsiya  ümumiyyətlə  mövcud deyil. Düzdür, buna oxşar müəyyən layihələr var. Amma bizim düşündüyümüz konsepsiya  tam yeni və təkdir. Bizim platformada feedback (rəy) vermək prosesi qısa və effektiv üsul ilə təqdim edilir. 3 saniyəyə  bizim konsept ilə feedback vermək mümkündür”.

Layihə rəhbəri deyib ki, Qmeter  dünən istifadəyə verilməsinə baxmayaraq hazırda layihəyə  yerli bazarda böyük maraq var və artəq  investisiya etmək istəyənlər də müraciət edib.

Onun sözlərinə görə,  layihənin  veb səhifəsinə müxtəlif ölkələrdən  çox sayda mesaj gəlir:

“Saytda qurduğumuz “ Life Chat” vaistəsi ilə müxtəlif ölkələrdən maraqlı suallar alırıq. Məqsədimiz layihəni dünya bazarında yaymaq və müştəri xidmətlərinin keyfiyyətinin ölçülməsində dünya səviyyəsində yer almaqdır”.

Qeyd edək ki, Qmeter layihəsinin komandası Adil Abdullayev, Kamran Səmədli, Elnur Məmmədov Fariz Əliyev və Amid Quliyev olmaqla  5 nəfərdən ibarətdir.

Qmeter xidmətindən istifadə etmək istəyən bizneslər üçün aylıq abunəlik 15 ABŞ dolları olaraq müəyyənləşdrilib. Xidmət Azərbaycan şirkətləri üçün bir ay pulsuz istifadə imkanı təqdim edir.

 

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.