Gənclərin innovativ təşəbbüslərinə dəstək göstəriləcək

04-04-2019 / 17:18

Gənc fəal Məhbubə Musayevanı müxtəlif ictimai-sosial layihələrin iştirakçısı və təşkilatçısı olaraq  tanıyırıq. 

Bu günlərdə isə o beynəlxalq bir gənclər  qurumunun Azərbaycan bölməsinin rəhbəri seçilib.  Təşkilatın məram və məqsədi görəcəyi işlərlə bağlı Məhbubə xanımla söhbətləşdik. O, Xeberler.az -ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

Məhbubə xanım, bu yaxınlarda sosial media da belə bir məlumat gedib ki siz “Beynəlxalq Gənclər Cəmiyyəti” təşkilatının ölkə üzrə rəhbəri seçilmisiniz. Bu təşkilat haqqında qısa məlumat verməyinzi xahiş edirik.

Öncəliklə bu məsələ ilə bağlı yaxından maraqlandığınız və müsahibə üçün təşəkkürlərimi bildirirəm. Qeyd edim ki, Beynəlxalq Gənclər Cəmiyyəti (IYS – International Youth Society) ümumi götürsək tələbələrin və gənc mütəxəssislərin bacarıqlarının, iştirakçılığının artırılmasını və dünyanın fərqli ölkələrində yerləşən yerli icmalarda gənclərin həyatına pozitiv dəyişiklik gətirməyi hədəfləyən qlobal təşkilatdır. Təşkilatın əsas missiyası BMT Dayanıqlı İnkişaf Məqsədlərində qeyd olunan məsələlərlə bağlı yerli icma, ölkə və regional səviyyədə olan problemlərlə əlaqəli dayanıqlı həll yollarının təklif olunmasına və qərarvericilik prosesinə gənclərin cəlb olunmasından ibarətdir. Cəmiyyət eyni zamanda gənclərə müxtəlif imkanlar tanıyır və onların sabahın peşəkar biznes liderləri kimi formalaşmasında yaxından iştirak edir. Beynəxalq Gənclər Cəmiyyəti 2017-ci ildə yaranıb, kifayət qədər gənc təşkilatdır, buna baxmayaraq 50-dən çox ölkədə 4000-dən çox qeydiyyatdan keçmiş aktiv üzvü, 6000 könüllüsü var. Hər il mütəmadi olaraq təşkilat müxtəlif ölkələrdə gənclərlə bağlı fərqli mövzularda beynəlxalq sammitlər və konfranslar təşkil edir və indiyə kimi həyata keçirdiyi fəaliyyətlərdə, ümumilikdə yerli, beynəlxalq layihələr daxil olmaqla fərqli ölkələrdən 50.000-dən artıq gənc iştirak edib. 2019-cu il üçün Hindistan, İsveç, Tayland və ABŞ-da beynəlxalq sammitlərin keçirilməsi planlaşdırılıb.

Bəs bu təşkilatın bizim ölkəmizdəki müvafiq qurumu hansı işlərlə məşğul olacaq, əsas fəaliyyət istiqamətləri necə olacaq ?

Ölkədə Startap Ekosisteminin inkişafına gənclərin daha aktiv şəkildə cəlb olunması və fərqli tematik mövzularda startap müsabiqələrinin keçirilməsi təşkilatın həyata keçirəcəyi bir əsas istiqamət olacaqsa, ölkəmizdə əlil gənclərlə bağlı şəhər və regionlarda infrastrukturun formalaşmasında müəssərliyin təmin olunması ilə bağlı
ictimai vəkillik və təbliğat məsələlərində gənclərin geniş şəkildə iştirakı təşkilatın ikinci əsas hədəfinə çevriləcək. Ekoloji tarazlığın qorunub saxlanması üçün hər birimizin həyata keçirdiyi kiçik təəşəbbüslər ümumilikdə pozitiv dəyişiklik gətirir, bununla bağlı Bakı və digər regionlarda ekoloji layihələrin də həyata keçirilməsi planlaşdırılır.

Hazırda təşkilatınınzın neçə üzvü var? Bu təşkilata üzvlük hansı qaydada həyata keçirilir ?

Hazırda biz yeni üzvlərin qəbulunu xüsusi hazılanmış sənəd forması ilə həyata keçiririk, gənclər bu formanı doldurub üzvlük üçün müraciət edə bilərlər. Bundan əlavə, hazırda təşkilatda ümumilikdə 15 nəfərlik işçi heyəti yaradılıb.

Yaxın dövr üçün hansı planlarınız və tədbirlərinzi nəzərdə tutulub ?

Aprel ayının 6-sında Ağdam rayonunun Quzanlı qəsəbəsində “Ağdam Şəhidləri Xatirəsinə” həsr olunmuş ekoloji və sosial əhəmiyyət kəsb edən layihə həyata keçirəcəyik, qeyd edim ki layihə zamanı 538 ağacın əkilməsi planlaşıdırılır. Bu ən qısa zamanda həyata keçirilməsi planlaşdırılan layihəmizdir, ancaq aprel və 2019-cu ilin növbəti aylarında yuxarıda qeyd etdiyim tematik mövzularda layihələr keçiriləcək.

Rəhbərlik eydiyiniz qurum Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılamsı istiqamətində hansısa işlər nəzərdə tutubmu ?

Əvvəl də qeyd etdiyim kimi təşkilat fərqli kontinentləri əhatə edən 50-dən artıq ölkədə aktiv şəkildə fəaliyyət göstərir və bu təşkilatın fərqli ölkələr üzrə olan rəhbərləri hər il bir neçə dəfə fərqli ölkələrdə keçirilən beynəlxalq sammitlərdə bir araya gəlirlər, mənim qarşıda gələn bu tipli tədbirlərdə iştirakım həm ölkəmizin belə bir qlobal platformada təmsil olunması, həm də onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaq.

Ölkənin digər gənclər təşkilatları və dövlət qurumları ilə  əlaqələriniz hansı səviyyədədir ?

Artıq 6ildən yuxarı bir müddətdir ki, ölkəmizdə gənclər sektoru və vətəndaş cəmiyyəti institutlarında fəaliyyət göstərirəm. Bununla bağlı olaraq istər dövlət qurumları, istərsə beynəlxalq, yerli təşkilatlar, biznes qurumları və media qurumları ilə yaxından əməkdaşlıq edirəm, ümid edirəm ki, bundan sonra da əməkdaşlığımız daha da genişlənəcək və gənclərin rifahını hədəfləyən proqramlar daha sıx şəkildə həyata keçiriləcək.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə