Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

14-07-2018 / 18:04

Qərbi Kaspi Universiteti müasir əmək bazarında daha çox tələb olunan mühəndislik ixtisaslarına məktəblilər arasında marağın artırılması, bu sahənin təbliği məqsədi ilə silsilə tədbirlər, layihələr həyata keçirir.

Xeberler.az məlumat verir ki, bu gün keçirilən Gənclərin və məktəblilərin Yay Mühəndislik Forumu eyni qəbildən olan tədbirlərdəndir.

Belə ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır, məqsədə uyğun olaraqda universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Texnopark fəaliyyət göstərir.

Qeyd edək ki, Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. İdeyası olan tələbələr və şagirdlər bura müraciət edərək dəstək ala bilirlər.

Bildirək ki, Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir, onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün tədbirlər həyata keçirir.

Həmçinin, tədbirdə universitet tərəfindən yaxın günlərdə təşkil olunmuş Məktəblilərin LEGO və robototexnika olimpiadasının qaliblərinin mükafatlandırılması olub.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə