Gmail-dən yenilik

01-04-2015 / 11:00

Google Gmail-in Android tətbiqinə gətirdiyi yeniliklə bərabər artıq istifadəçilərin fərqli e-poçt hesaplarındakı məktubları yalnız tək bir gələn qutusu ilə görə bilmələrinə izn verən bir strukturu işə saldığını öz rəsmi blogu vasitəsilə bildirib.

İlk olaraq, Gmail-in Android tətbiqi üçün olan bu xüsusiyyəti sayəsində artıq şəxsi, iş və ya təhsil kimi fərqli məqsədlərlə istifadə etdiyiniz e-poçtları oxumaq üçün ayrı-ayrı gələn mesajlar arasında keçid etmək məcburiyyətində qalmayacağınız bir struktura yiyələnmiş olursunuz. 

Gmail hər nə qədər inbox-a investisiya etmiş olsa da, Gmail-a dəstəkdən əsla imtina etməyəcək kimi görünür. İlk mərhələdə Android tətbiqini aktuallaşdıran Gmail-in yaxın gələcəkdə eyni xüsusiyyəti iOS versiyasında da təqdim etməsini gözləyirik. Bununla birlikdə, artıq Gmail-də e-poçt faylları da daha fərqli animasiyalara sahib olacaq və daha ağıllı bir axtarış strukturu yerini alacaq.

Gmail, həmçinin, gələn qutunuzdakı axtardıqlarınıza daha sürətli və asan çata bilməyinizi təmin etməyi hədəfləyir.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə