Golden Byte 2017-nin ölkə üzrə qalibləri açıqlanıb

09-04-2017 / 17:10

STEP İT Academy Azerbaijan-da, Azərbaycanın ilk dəfə iştirak etdiyi Golden Byte 2017 beynəlxalq İT yarışmasının ölkə finalı keçirilib.

Xeberler.az-ın məlumatına görə, yalnız Azərbaycanda 780 iştirakçı qeydiyyatdan keçib, seçim turlarına 450 iştirakçı, final mərhələsinə isə 100 nəfər seçilib.

Layihələr 8 fərqli nominasiyada təqdim olunub: Start Up Сhallenge, Web Project, Game Design, Character Design, Mobile Development, Internet of things və 10-17 yaş arası iştirakçılar üçün Junior Competition.

Təqdim olunmuş layihələrin əsas mövzusu isə “Invent. Create. Change” (“İcad et. Yarat. Dəyiş”) idi.

İkinci və üçüncü yerlərin qalibləri müsabiqənin partnyorları olan Lenovo, Huawei, Maxi.az və Ultra şirkətlərindən dəyərli hədiyyələr qazanıb.

İştirak etdiyi nominasiyalar üzrə birinci yerlərin sahibləri isə ölkəmizi aprel ayının 22-si və 23-ü Kiyev şəhərində keçiriləcək beynəlxalq finalda təmsil etmək şansını qazanmış olur.

Golden Byte 2017 Azərbacan finalının qaliblərini sizə təqdim edirik:

1 yer — Web Project — Orxan Qədirov, Elvin Cuvarov, (E-Tap)

2 yer — Web Project — Fəqan Çələbizadə, Emil Hacıyev, Vüqar Ağayev (Tag-Wishes)

3 yer — Web Project — Cəfərov Ceyhun (Buy-Banner)

 1 yer — Character Design — Vaqif Rüstəmov (*Arı* Personaj konsepti)

2 yer — Character Design — Мурад Рамазанлы (*Swift* Personaj konsepti)

3 yer — Character Design — Парвиз Махмудов (*Strekenbedillo* Personaj konsepti)

 1 yer — Mobile Development —Namət Məmmədzadə,  Murad Ramazanlı, Nizami Həmidli (Expander)

2 yer — Mobile Development — Leyli Abbasova, Rəhim Rəhimli (Alphajin)

 1 yer — Game Design — Ağababa Bağırov (The Little Hero)

2 yer — Game Design — Namət Məmmədzadə, Murad Ramazanlı, Nizami Həmidli (VRoom)

 1 yer — Internet Of Things — Tural Səlimli, Məmməd Kərimli, Təhmin Zakirli (Safety)

2 yer — Internet Of Things — Arif Mövsunzadə, Fidan Rüstəmova, Cəfərov Aleksey (Spinal-Lia)

3 yer — Internet Of Things — Elçin Ağazadə, Xəyal Yediyarov, Fərid Adaşov (Zoom-X)

 1 yer — Start-Up — Nicat Cavadov, Jusupov Eset (Learny)

2 yer — Start-Up — Lubov Seytlina, Maksim Vasilyev, Emin Yahyayev (Artefakt)

3 yer — Start-Up — Sayad İbrahimov, Leyla Quluzadə, Tural Həmidov (Braille Watch)

 1 yer — Junior Competition - Cahid Əhmədli, Çingiz Rəcəbli (Smart Seat Belt)

2 yer — Junior Competition - Kamran Qasımov (Deirvlon)

3 yer — Junior Competition - Aqil Əliyev, Malik Haqverdiyev, Həsən Əli (Qafqaz Qartalları).

Xeberler.az

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə