Golden Pay-in hədiyyə yarışı narazılığa səbəb olub

12-03-2018 / 20:47

Məlumat verdiyimiz kimi, Golden Pay üzərindən sığorta satışı sığortaçılar arasında narazılıq yaradıb.

Xeberler.az bildirir ki, bununla bağlı sığortaçıların narazılığı ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarının monitorinqini aparıb.

Monitorinq zamanı icbari sığorta müqavilələrinin bağlanması üçün məlumatların əldə edilməsi məqsədilə Golden Pay ASC tərəfindən 1 fevral - 1 mart 2018-ci il tarixlərində keçirilən hədiyyəli yarışın qanunsuz olduğu barədə açıqlama verib.

Bununla bağlı FED.az-ın sualını cavablandıran Palatanın verdiyi məlumata görə, Golden Pay ASC-nin İdarə Heyətinin sədri Fərid İsmayılzadə Palataya təqdim etdiyi izahatda bildirib ki, yeni reklam kampaniyasının məqsədi müştərilər haqqında məlumat toplamaq və sığorta müqaviləsinin bitməsinə az qalmış istifadəçilərə SMS və e-mail vasitəsi ilə yeni icbari sığorta müqaviləsinin bağlanmasını təklif etməkdir.

Palatadan öz növbəsində Golden Pay MMC-yə bildirilib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinə əsasən qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.

Bununla əlaqədar, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinin tələblərinin pozulması halının dərhal aradan qaldırılması və bir daha bu pozuntuya yol verməməsi ilə bağlı Golden Pay ASC-yə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – Təqdimat təqdim edilib.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.