GoldenPay-in 8 yaşı tamam olur

13-07-2015 / 11:37

Bu gün Azərbaycanın onlayn ödəmələr bazarında uğurlu fəaliyyət göstərən GoldenPay ASC-nin 8 yaşı tamam olur.

Xeberler.az kollektivi olaraq GoldenPay şirkətinin bütün əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Qeyd edək ki, GoldenPay şirkəti biznes sektoru üçün ödəmə sisteminin qurulması və pərakəndə sektor üçün Hesab.az vasitəsilə ödənişlərin təmin edilməsi sahələrində fəaliyyət göstərir. Hər iki sektorda da uğurlu nəticələr əldə edən GoldenPay artıq xarici ölkələrdə fəaliyyətə başlamaq üzrədir.

Artıq GoldenPay şirkətində 30 insan çalışır. Bu sistem vasitəsilə 10 minlərlə insan hər ay 11 milyon manatdan çox ödənişlərini onlayn olaraq ödəyir. Şirkətin xarici ölkələrdə fəaliyyətə başlamasından sonra yaxın gələcəkdə İPO (səhmlərin ilkin buraxılışı) nəzərdə tutulub.

GoldenPay şirkəti onlayn ödəmə portalı olan Hesab.az-ın sahibidir. Hesab.az   istifadəçilərinə kommunal, TV, internet, mobil, ev telefonu, əyləncə, bank krediti və digər ödənişləri rahat şəkildə, vaxta qənaət edərək ödəmək imkanı verir. 

Həmçinin, şirkət məlumatların şifrələnməsi üzrə dünyanın ən məhşur şirkətlərindən biri olan Geotrust-la çalışır. Həmçinin kart məlumatlarının qorunması üçün PCİ DSS sertifikatından istifadə edilir. Əlavə olaraq bir neçə təhlükəsizlik funksiyası ilə Goldenpay etibarlı ödəmə sistemi kimi istifadəçilər tərəfindən güvən qazanmışdır.

Xeberler.az

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə