Gömrük idarələrində elektron ödəmə terminalları quraşdırılıb

14-03-2019 / 17:06

Bir neçə gömrük idarələrində və gömrük postlarında elektron ödəmə terminalları quraşdırılıb.

Xeberler.az  məlumat verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, gömrük ödənişləri ilə bağlı Bakı Baş Gömrük İdarəsində, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində, Sumqayıt Baş Gömrük İdarəsində, həmçinin iki sərhəd gömrük postunda - Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun və Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarət xəttində elektron ödəmə terminalları quraşdırılıb və istifadə edilir.

A.Abasov qeyd edib ki, "Azərpoçt" ilə paralel olaraq istifadə ediləcək bu terminalların quraşdırılmasına artıq bir ay öncədən başlanılıb. Qısa müddət ərzində digər gömrük postlarının həm idxal, həm də ixrac nəzarət xəttində elektron ödəmə terminalları qoyulacaq. Bu terminallar vasitəsilə gömrük ödənişləri, həmçinin kommunal ödənişləri elektron şəkildə yerinə yetirmək mümkündür.

"Dövlət Gömrük Komitəsinin bu təşəbbüsü gömrük-sərhəd buraxılış məntəqələrində sürətli keçidin təmini, vətəndaş-məmur təmasının minimuma endirilməsi, gömrük məntəqələrindən istifadə edənlərin məmnunluq səviyyəsini yüksəltmək istiqamətində atılan növbəti addımdır", - deyə A.Abasov vurğulayıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.