Gömrük Komitəsi Mazımçay gömrük postuna mediatur təşkil etdi

20-11-2018 / 10:06

Noyabrın 17-də bir sıra media nümayəndələrinin Gürcüstanla sərhəddə yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna səfəri təşkil edildi.

Xeberler.az  bildirir ki, mediaturun təşkil olunmasında məqsəd gömrük prosedurlarını, sərhədkeçmə prosesini, gömrük nəzarətini əyani şəkildə göstərmək, eyni zamanda, gömrüklə bağlı proseslərin icrası zamanı şəffaflığın təmin edildiyi barədə media təmsilçilərini məlumatlandırmaq idi.

Məlumat üçün qeyd edək ki, "Mazımçay"da ilk gömrük proseduru sərhəd qapısından başlayır. Avtomobil gömrük ərazisinə daxil olan kimi xüsusi quraşdırılmış ilmənin üzərinə çıxır və avtomatik olaraq sistem işə düşür. Nəqliyyat vasitəsinin şəkli çəkilərək bazaya ötürülür. Daha sonra maşın tərəzinin üzərinə çıxır, onun çəkisi hesablanır.

Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sisteminə (VAİS) daxil edilir. "Bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Daha sonra kinoloji xidmətin itləri avtonəqliyyat vasitəsini yoxlayırlar. Fiziki baxış keçirildikdən sonra mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır. Bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır.

Mediatur zamanı məlum oldu ki,  “Mazımçay” postundan təkcə oktyabrda 21153 nəqliyyat vasitəsi idxal və ixrac xəttindən yoxlanılaraq buraxılıb.

Səfər çərçivəsində jurnalistlər "Mazımçay" gömrük postunun müvəqqəti saxlanc anbarı ilə də tanış olublar. Onlara malların müvəqqəti saxlanc anbarına götürülməsi və təhvil verilməsi ilə bağlı qanunvericiliyin müvafiq müddəaları barədə izahat verilib.

Səfər çərçivəsində Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abbasov yaxın vaxtlarda tətbiq ediləcək yeni layihə - elekton növbə sistemi barəsində məlumat verdi. Məlum oldu ki, bu sistem vasitəsilə vətəndaşlar sərhədi keçməmiş burada sıxlığın vəziyyəti barədə əvvəlcədən məlumat ala biləcəklər. Yeni sistem tətbiq edildikdən sonra internetə çıxışı olan istənilən məkandan gömrük-keçid məntəqəsindəki vəziyyət barədə məlumat almaq imkanı əldə ediləcək. Sistemdə gömrük-keçid məntəqəsindəki sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək və vətəndaş sıxlığın az olduğu tarixdə sərhədkeçməni həyata keçirə biləcək. Bu sistem həm də sərhədkeçmə vaxtı sıxlığın yaranmaması üçün balansın qorunmasına şərait yaradacaq.

Gömrük postlarında daha bir yenilik isə “Azərpoçt” MMC-nin nümayəndəliklərinin yaradılmasıdır. Bu sistem də artıq yaxın bir neçə ildə həyata keçirilib. Gömrük postları nağdsız əməliyyatlar həyata keçirdiyi üçün, vətəndaşlar dövlət rüsumunu birbaşa poçta ödəyir və ödənişin qəbzi sənətə tikilir. İdxal nəzarət xəttində yalnız yük maşınlarının qeydiyyatı aparılır. Digər xətdə isə minik maşınlarının idxal və ixracı, bundan başqa, yük maşınlarının ixracı həyata keçirilir. Bu yaxında xətdə aparılan təkmilləşdirmə işlərindən sonra avtomobillərin ayrı-ayrılıqda yerləri təyin ediləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə